ÇİYƏLƏKLİ ŞEYK
Tətil hələ gecdirsə, tropik cənnət xəyalları isə artıq rahatlıq
vermirsə — onu birbaşa evinizdə yaradın! «Çiyələkli şeyk»
kokteylini hazırlayın. Kivi, portağal və çiyələyin ekzotik
notlarının ahəngi sizi sakit bir atmosferə qərq edəcəkdir.
İçkinin qidalanma xüsusiyyətləri isə hələ uzun müddət
aclıq hissinə diqqət ayırmamağa kömək edəcəkdir!
İnqrediyentlər
- Formula 1 Vanil — 3 ölçü q.
- Süd (1,5%) — 250 ml
- Çiyələk (dondurulmuş) — 75 qr
- Kivi (dəymiş) — 1 əd.
- Portağal — 1/2 hissə (65 qr)
Resept
Portağal və kivini doğramaq.Bütün inqrediyentləri blenderə
əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.
Süfrəyə vermədən əvvəl kivi tikələri ilə bəzəmək.
326,6
Kkal
22,7 qr
Zülallar
7,4 qr
Yağlar
38,3 qr
Karbohidratlar